02.05.2025, 13:39
AZ EN
17.04.2022, 10:10 627

Cəbrayıl rayonunun Fuğanlı kəndi

ŞƏRQİ ZƏNGƏZUR

AZƏRTAC Cəbrayıl rayonunun Fuğanlı kəndindən işğalın nəticələrini əks etdirən fotoşəkillər yayıb. Kənd 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Fuqanlı Şükürbəyli inzibati ərazi vahidinin tərkibinə daxildir. Düzənlikdə yerləşir.  Keçmiş adı İmambağı olub. Bəzən İmambaş variantında da qeydə alınıb. Yaşayış məntəqəsini Alməmmədli, Alıkeyxalı, Rüstəmlilər və Şammədli nəsillərinə mənsub ailələr salıblar. Belə ehtimal edilir ki, Naxçıvanda XV əsrdən məlum olan Fəqan qalasından köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış kəndin adı "Fəqan qalasından gələnlər" mənasındadır.

Oxşar xəbərlər