04.08.2025, 18:36
AZ EN
02.02.2023, 11:19 422

Kəlbəcər rayonu, Almalıq kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibində olan Kəlbəcər rayonunun Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının ətəyindədir. 19-cu əsrin ortalarında sarallı tayfasına mənsub səkkiz evdən ibarət elatın qışlaq yeri olmuşdur. Ərazidə cır alma ağacları çox olduğu üçün kənd Almalıq adlandırılmışdır. 1934-1940-cı illərdə ətraf kəndlərdən əhalinin (Otaqlar, Gözlübulaq, Ortakənd və Çayqışlaq) köçüb burada məskunlaşması nəticəsində Almalıq kəndi yaranmışdır. Quba rayonunun Davudoba və Hacıqaib kəndlərində də Almalıq adlı yer vardır. 8-ci əsrin əvvəllərinə aid Muq dağından tapılmış sənədlərdə Almalıq adına rast gəlinir. Mənbələrdə qeyd olunur ki, orta əsrlərdə Türkmənistan ərazisində bir neçə Almalıq toponimi, Özbəkistanın Daşkənd vilayətində Almalıq adlı şəhər, Dağıstanda Almalıq kəndi, Almalıqçay adlı çay da var. Kəndin əhalisinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edirdi. Qaratellər yurdu, İsrafilin yurdu, Yəhər yurd, Nəsir bəyin yurdu, Paşanın yurdu, və s. yaylaqlar, Novlu bulaq, Qoşa bulaqlar, Qırmızı bulaq, Qaçaq Nəbinin bulağı, Pir bulağı və s. bulaqlar, Otaqlar binəsi, Gözlübulaq binəsi, Arıxana, Qaraqaya, Qaranın düzü, Rəhimin düzü və s. kimi yerlər də Almalıq kəndinə məxsusdur.

İsa Musayev

Oxşar xəbərlər