Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 7-də kəndi işğaldan azad edib.
Qubadlı rayonunun Mərdanlı kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş Hacı Mərdan adlı şəxsin adını daşıyır.