"Vətən səsi" xəbər verir ki, AMEA Coğrafiya İnstitunun əməkdaşlarından ibarət işğaldan azad olunmuş ərazilərə ekspedisiya təşkil olunub. Ekspedisiyada Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov və aparıcı elmi işçisi Elina Kərimova iştirak edib. Məqsəd Qarabağ və Şərqi Zəngəzur bölgələri landşaftlarının təbii ehtiyat potensialının qiymətləndirilməsi, müasir transformasiya tendensiyalarının və ekogeokimyəvi şəraitinin tədqiqidir.
Tədqiqatlar zamanı ərazilərdən 40-dan çox torpaq, bitki və süxur nümunələri götürülüb.
Xatırladaq ki, bu cür elmi tədqiqat işləri 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə davamlı xarakter alıb.
Elxan SALAHOV