02.05.2025, 13:26
AZ EN
16.04.2024, 08:54 455

Cəbrayıl rayonu, Hacılı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonunun Hacılı kəndi Dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsi hacılı tirəsinə mənsub ailələrin Dübar adlı sahədə məskunlaşması nəticəsində salınmışdır.

Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

Eyni adlı kənd Füzuli rayonunun Böyük Bəhmənli və Şamaxı rayonunda da vardır.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Kənd 2020-ci il oktyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər