Keçmiş adı İkinci Diləli, sonralar isə Diləli Saray olmuşdur. Yerli əhalinin məlumatına görə, kənd XIX əsrin sonlarında Saray xanım adlı bir qadına məxsus olduğundan belə adlanmışdır. Lakin tədqiqatçıların fikrincə, yaşayış məntəqəsi saray tayfasının adını daşıyır.
Saray kəndi Bərgüşad çayı, arxadan Qala və Qara qaya, Yastı təpə, yandan qədim qəbiristanlıqla əhatələnmişdir. Kəndi ikiyə bölən Dərə Yuxarı on kilometrlərlə uzanıb gedir, Yazı düzünün Gödəklər kəndinin torpaq sərhəddində bitir, böyük bir dərənin- Mollaburhan dərəsinin başlanğıcına çevrilirdi. Kiçik dərələr cəmləşərək nəhəng Qarovun dərəyə birləşir, Qəzyanla Diləli Müskanlı kəndlərinin bitişdiyi yerdə Bərgüşad çayında sona yetirdi...Saray kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə bir edərək xarabalığa çevirmişlər.
Kənd 2020-ci ildə işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ