04.08.2025, 15:59
AZ EN
05.12.2023, 08:32 464

Qubadlı rayonu, Qaracallı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Qaracallı kəndi rayon mərkəzindən 15 kilometr şimal-şərqdə, Həkəri çayının sağ sahilində, dağətəyi ərazidə yerləşir. Mənbələrdə qeyd olunur ki, kəndin adı XVIII əsrdə Naxçıvandan Qarabağlı Pənahəli xanın Qarabağa köçürdüyü kəngərlilərin Qaracallı tayfasının adı ilə əlaqədardır. Sonralar Qarabağda yaşamış qaracallılar müxtəlif rayonlara yayılmış, Qaracallı adlı bir neçə yaşayış məntəqəsi binə etmişlər. Bəzi məlumatlara görə, türkləşmiş kürdlər qaracallı, yaxud qaraçorlu, bərgüşad, bəxtiyarlı və kürd tayfalarına məxsusdur.

Qubadlının Qaralar və Qaracallı kəndlərində də belə türkləşmiş kürdlər yaşayıblar. Onlar öz doğma dillərini yadırğamışlar. Ucar, Xaçmaz və Cəbrayıl rayonlarında da Qaracallı adlı kəndlər vardır.

Qaracallı kəndi 1993-cü ildə ermənilər tərəfindən işğal edilmişdi.

04 noyabr 2020-ci ildə kənd, Azərbaycanın Qəhrəman Ordusu  tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər