1 nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirilib
QARABAĞ
Dünən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin 1 nömrəli Qayıdış qəsəbəsində növbəti səyyar qəbulu keçirilib. İcra başçısı qəbulda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bütün yaşayış məntəqələrində vətəndaşlarla görüşlərin keçirildiyini, onları narahat edən problemlərin yerində öyrənildiyini və həll edilməsi üçün lazımi tədbirlərin həyata keçirildiyini bildirib.
Qəbulda müraciət və təkliflər dinlənildikdən sonra sakinləri narahat edən məsələlərin həlli üçün rayon rəhbəri tərəfindən müvafiq qurumlara konkret tapşırıqlar verilib.