13.03.2026, 10:55
AZ EN
13.03.2026, 08:00 92

İcra başçısı Quzanlı sakinləri ilə görüşüb

QARABAĞ
  • Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Quzanlı köçkün qəsəbəsində səyyar qəbul-görüşü keçirilib.

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə keçirilən görüşdə sakinləri narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı məlumat verilib.

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər