Tədbirin əsas məqsədi əlilliyi olan uşaqların sosial həyata tam və bərabərhüquqlu şəkildə qoşulmasını təşviq etmək, onların qarşılaşdıqları baryerləri müzakirə etmək və valideynlərə dəstək göstərmək olub.
Bu inklüziv tədbir Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və Qarabağ Regional Dost Mərkəzinin birgə və səmərəli təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, eləcə də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qarabağ Regional Dost Mərkəzinin əməkdaşları, əlilliyi olan uşaqlar və onların valideynləri fəal iştirak ediblər.
Mina RƏŞİD