Bunu bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Asiman Qasımov söyləyib.
O, evlərində hər bir şəraitin yaradıldığını bildirib: “Mən Ağdərədən köçkün düşəndə 7 aylıq körpə olmuşam. İndi isə bura övladımla gəlmişəm. Dövlətimiz var olsun, evimizdə hər şərait yaradılıb. Çox razıyam. Allah Prezidentimizə can sağlığı versin. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”. (APA)