Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Tədbirdə 150-yə yaxın şagird iştirak edib. Festivalın məqsədi uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və onların asudə vaxtlarının səmərəli təşkili olub.
Tədbir çərçivəsində məktəblilərin musiqili çıxışları nümayiş olunub, müxtəlif əyləncəli və interaktiv proqramlar təşkil edilib. Şagirdlər “Sülh bağı” adlı ağacəkmə aksiyasında fəal iştirak ediblər. (Report)