03.05.2025, 00:47
AZ EN
02.05.2025, 08:43 206

İqtisadiyyat fakültəsinin tələbələri ACCA FA imtahanında uğur qazanıblar

QARABAĞ
  • Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin SABAH qruplarında Maliyyə ixtisası üzrə təhsil alan tələbələr İman Zərbiyev, Rauf Pənciyev və Rüfət Qafarlı beynəlxalq səviyyədə tanınan ACCA (The Association of Chartered Certified Accountants) imtahanında iştirak edərək uğurlu nəticələr əldə ediblər.

Bu barədə universitetin məlumatında bildirilib.

Tələbələr ACCA imtahanına hazırlaşarkən ixtisas biliklərini daha da təkmilləşdirmək və beynəlxalq standartlara uyğun peşəkar bacarıqlar qazanmaq məqsədini qarşılarına qoymuşlar. İman Zərbiyev isə xüsusilə yüksək nəticə göstərərək fərqlənmişdir.

Qeyd edilib ki, tələbələrə 2024-2025-ci tədris ilində payız semestrində “Maliyyə uçotu”, yaz semestrində isə “Mühasibat” və “İdarəetmə uçotu” fənləri tədris olunmuşdur. Bu fənlərin tədrisi tələbələrin ACCA imtahanına daha yaxşı hazırlaşmalarında əhəmiyyətli rol oynamışdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər