Ağdam rayonu üzrə 6, Bərdə rayonu üzrə 6, Ağcabədi rayonu üzrə 2, Füzuli rayonu üzrə 4, Şuşa rayonu üzrə 2, Tərtər rayonu üzrə 1 şagird yarımfinal mərhələsində uğur qazanaraq finala vəsiqə əldə edib.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.
Günel QULİYEVA