“Vətən səsi” xəbər verir ki, bunu “secki-2024.az”saytına açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 84 saylı məntəqəsinin sədri Zülfü Quliyev bildirib.
O vurğulayıb ki, hazırda seçki prosesi qanunvericiliyə uyğun, yüksək seçici fəallığı ilə davam edir: “Məntəqədə 830 seçici qeydiyyatdadır. Onlardan 14 nəfərin yaşı 80-dən yuxarıdır, 22 gəncimiz isə ilk dəfə səs verir. Seçicilər səs vermək üçün aktiv şəkildə məntəqəyə gəlirlər. Zəfər seçkiləri yaddaşımıza əbədi yazılacaq”.
S.Süleymanova