İşıqlı kəndi Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidindədir. Kənd Füzuli rayonunun Dədəli kənd inzibati ərazi dairəsində, Arazboyu düzənlikdə yerləşir. Kəndin adı Şeyx Şərif adlı şəxsin adından götürülmüşdür. Əvvəllər Şıxlı adlandırılmış, sonralar İşıqlı formasına düşmüşdür. 1937-ci ildə yaxınlıqdakı Binədərəsi, Damlanıc və Narcaq kəndləri də bu kəndə birləşdirilmişdir. Kəndin ərazisindəki köhnə qəbiristanlıq Şeyx Şərif qəbiristanlığı adlanır. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və heyvandarlıq olub. İşıqlı kəndi 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İsa Musayev