12.03.2026, 03:01
AZ EN
11.03.2026, 21:50 119

Koşta: Aİ-Azərbaycan münasibətlərinin möhkəmlənməsi dünyada artan gərginlik şəraitində həmişəkindən daha vacibdir

XƏBƏRLƏR
  • Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Bakıda səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

O, bu barədə Azərbaycan lideri ilə görüşdən sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Təşəkkür edirəm İlham Əliyev, Bakıda səmimi qəbula görə sağ olun. Mən gələcəyə dair ortaq baxışımızı əks etdirən, Aİ ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üzrə yeni çərçivə proqramı üzərində işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Artan qlobal gərginlik və qeyri-sabitlik şəraitində aramızdakı əlaqələrin möhkəmləndirilməsi həmişəkindən daha vacibdir", - Antonio Koşta qeyd edib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR