08.02.2026, 22:35
AZ EN
28.01.2026, 13:31 243

Xankəndidə 128 metrlik teleqüllə tikilir

QARABAĞ
  • Xankəndi şəhərinin başı üzərində, Şuşa ilə üzbəüz mövqedə müasir tipli teleqüllənin tikintisinə başlanıb. Stansiya dəniz səviyyəsindən 1596 metr yüksəklikdə inşa edilir.

“Vətən səsi” xəbər verir ki, hazırda inşası davam edən tele-radio yayımı stansiyasında qüllənin hündürlüyü 128 metr olacaq. Bu, Qarabağ və Şərqi Zəngəzur regionunda televizya və radio verilişlərinin əhatə dairəsinin daha da genişləndirilməsinə imkan verəcək.

Audiovizual Şuranın sektor müdiri Taleh Quliyev bildirib ki, bu statnsiyanın fəaliyyətə başlaması ilə Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir rəqəmsal yerüstü televizya və radioyayımı ilə təmin olunacaq. Bu, həminin işğaldan azad edilmiş ərazilər bütünlüklə analoq FM radio yayımı ilə əhatə olunmasına imkan yaradacaq. Onun sözlərinə görə, Xankəndi stansiyasından müasir standartlara uyğun yayımın həyata keçirilməsi üçün müvafiq radiotezliklərin “Radio-Televizya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin istifadəsinə ayrılması haqqında qərar da qəbul olunub.

Xatırladaq ki, hazırda Xankəndi şəhərində məskunlaşma olan bütün yaşayış məntəqələri və biznes subyektləri internet də daxil olmaqla telekommunikasiya xidmətləri ilə təmin edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC tərəfindən GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksək sürətli internetlə yanaşı “internet + telefoniya” (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri təqdim edilib. İşğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “İşğaldan azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə həmin ərazilərdə 1 000 kilometrdən çox magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.

Elxan SALAHOV

Oxşar xəbərlər