03.05.2025, 01:06
AZ EN
05.09.2022, 10:10 433

Füzuli rayonunun Qoçəhmədli kəndi

QARABAĞ
  • AZƏRTAC İnformasiya Agentliyi işğal dövründə erməni vandalizminə məruz qalmış Qoçəhmədli kəndinin görüntülərini təqdim edir. Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də kəndi işğaldan azad edib.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Füzuli rayonunun Qoçəhmədli kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.

Qoçəhmədli kəndində XVIII və XIX əsrlərə aid iki məscid, XIX əsrə aid Sərdərli məscidi və Sarı Baba ocağı olub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

Oxşar xəbərlər