Bax bu Geğam yenə düşüb Nikolun üstünə - deyir ki, Nikol Davosdakı tədbirdən sonra İsveçrədə qanuni, ya qanunsuz yaşayan hayların təşəbbüsü ilə onlarla görüş keçirib. Bir hay deyəndə ki, Vazgenin goru haqqı, Türkiyə bizi "genosid" edib və filan qədər hayı gəbərdib, Nikol deyib ki, qələt elə, sən bilmirsən o vaxt nə necə olub. Sonra da başlayıb bir qədər də danışmağa. Deyib ki, başa düşmək lazımdır nə necə olub, kimin sayəsində olub. Niyə, məsələn, 1939-cu ildə deyil məhz 1950-ci ildə "erməni soyqırımı" gündəmə gəlib. "Bu necə olub, niyə olub? Biz, nəhayət, bunu başa düşməliyik, ya yox?" - deyə o, bütün hayları qanmazlıqdan əl çəkməyə çağırıb. Hayların kompüterdə yazanlarının çoxu isə düşüblər Nikolun üstünə ki, niyə elə deyirsən, niyə qoymursan elə qanmaz qalaq. Bax, həmin bu Geğam da Nikolun adresinə diş qıcayır. Qanmır ki, bir gün qardaşı ilə bir kamerada çay içər, yanıqpəyəli Cabir isə baxıb gülümsəyər.
Nəsib