Həmin o qiybətxanadakı yelbeyinlərdən bəlkə də birincisi olan Mamicanyan yenə canı çıxa-çıxa Göyçədən, Qaraqoyunludan, Ağbabadan, Vedibasardan, Zəngibasardan və s. sovet əsgərlərinin sayəsində qovulmuş ruslar demiş opdum "yeraz" olan Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtmaları məsələsindən o qədər hürküb ki, başının tükləri yarıyacan tökülüb, olub yarım keçəl.
Tez də qiybətxananın kürsüsünə çıxıb deyib ki, ay haray makron, xamneyi, hind əmioğlular qoymayın türklər yenə gəlib bizim günümüzü qara əskiyə büküb zibil qutusuna atacaq. Sonra keçəl başına nə düşübsə deyib ki, əgər onlar gəlsələr gərək, "arsaxdan" köçənlər" də geri qayıtsınlar və orada moskal, yəni ruslar deyil, fransız və iranlı sülh missiyaçıları yerləşsin. Çünki Fransa xristian, İran müsəlman ölkəsidir, balans pozulmayacaq. Qiybətxananın sədri Alen Simonyan isə hirslənib deyib ki, sən o keçəl başına bir əncam çək, sonra "arsax " - deyə sarsaxla. Bilmirsənmi ki, "arsax" cəhənnəmə getdi, gora getdi, bir də xortlaya bilməz. Mamicanyan nəsə demək istəyəndə halı pisləşib, "mama can" deyə ürəyini tutub, elə biliblər canı çıxacaq, həkimlər baxıb və deyib ki, ara, derasanlıq, yəni artistlik edir. Öz aramızdır, indi bizim Tahirə xanım bu artistin keçəlinə lap 3 ətək kül töksə də haqlıdır.
Nəsib