Belə ki, millət vəkili Fazil Mustafaya edilən terror aktının cənub qonşumuz tərəfindən təşkil edildiyi məsələsi hələ gündəmə gəlməmiş erməni mətbuatında yayılan xəbərlərin əksəriyyəti məhz Azərbaycanın əleyhinə köklənmişdi. Həyasızcasına bildirilirdi ki, bu olayı irançılarla bağlayıblar ki, iki ölkə arasındakı münasibətlər daha da soyuyub, nəhayət, müharibəyə səbəb olsun. İranın və narkotiklərin aşiqi olanların törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər həyata keçirilməsi nəticəsində saxlanılanların "vəkili" rolunda çıxış edən molla fars rejimini dəstəkləyən şovinist hay rejiminin Azərbaycan haqqında növbəti böhtanlara rəvac verməsi və guya vicdan azadlığının pozulmasına təəssüfləndiyini bildirməsi, el təbirincə desək, canavar gələndə itin itə qahmar çıxmasına bənzəyir.
"Hraparak"ın bugünkü buraxılışında yayılmış "Azərbaycanda onlarla dindar həbs edildi" başlıqlı yazı da məhz bu qəbildəndir. İranın təkcə Azərbaycanda deyil, həm də digər ölkələrdə narko və cəsus şəbəkəsinin olduğunu yalan hesab edən haylar bilməmiş olmazlar ki, özünü islam dövləti adlandıran fars rejiminin narko şəbəkəsi və zeynəbçilərdən ibarət fahişəxanası bu ilin yanvarında İrəvanda polis reydi zamanı da bəlli olmuş və bu barədə hayların mətbuatı bir neçə gün müxtəlif materiallar yaymışdı. Azərbaycanda həbs olunan narkoticarətçilərin vəkili rolunda çıxış edən molla rejiminə züy tutan hayların iranşünası Vartan Voskanyanın yenidən reallıqla uzlaşmayan fikirlər səsləndirməsi isə bir daha it və karvanla bağlı el məsəlini xatırladır: it hürər, karvan keçər.
N.Qaramanlı