27.06.2025, 19:28
AZ EN
11.10.2024, 11:46 346

Rəsmi İrəvan ikili oyunların mərkəzindədir

YAZILAR
  • Moskvada MDB dövlər başçıları şurasının iclasında  çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrda Azərbaycanla sülh  müqaviləsi imzalamağa hazır olduqlarını deyib. Üstəlik Paşinyan Ermənistan öz ərazisində bütün kommunikasiyaları da açmağa hazır olduqlarını  qeyd edib: “Ermənistan nəqliyyat keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmir etməyə, eləcə də qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti presudurlarını sadələşdirməyə hazırdır”.

Ardınca həmişə olduğu kimi paradoksal vəziyyət yaranıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskva görüşündən qaçıb. MDB xarici işlər nazirləri şurasının iclasına qatılmayıb. Heç şübhəsiz ki,  yenə də Qərbdən, ələlxüsus da Amerika Birləşmiş Ştatlarından gələn tapşırıq üzrə hərəkət ediblər.

“Bütün müqavilənin şərtləri hazır deyilsə və Ermənistan öz öhdəliklərini yerinə yetirməyə hələ də hazır deyilsə, onda hansı müqavilədən söhbət gedir? Yəni bütün bəndlər təəssüflər olsun ki, razılaşdırılmayıb, Ermənistan öz öhdəlilklərini yerinə yetirməyib”.

Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev  “Real”a açıqlamasında deyib. Millət vəkili bildirib ki, Ermənistan yenə də köhnə səsləndirdiyi diskus üzərində qalır ki, hansı bəndlər razılaşdırılıbsa, gəlin, o bəndlər üzərində müqaviləni imzalayaq. Bu isə absurddur”.

Ermənistan tərəfi  çox yaxşı anlayır ki,  riyakar siyasəti birbaşa sülhə qarşı yönəlib. Moskva görüşündən imtina etməsi Amerika Birləşmiş Ştatları və Fransa kimi havadarlarına xoş görünmə məqsədi daşıyır. Bir müddət əvvəl Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatından  çıxması barədə odlu-alovlu danışsa da,  Rusiya prezidenti Vladimir Putinin ölkəyə girişinə qadağa qoyulsa da,  baş nazir Nikol Paşinyan Moskvada keçirilən MDB sammitində iştirak edib.Lakin iclasda 2 bəyanatı imzalamayıb. Sənəd Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında və  beyənlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməsinin haqqındadır. Avrasiya məkanında təhlükəsizliklə bağlı bəndə imza atmaması onu deməyə əsas verir ki,  Ermənistan Amerika Birləşmiş ştataları, Fransa kimi havadarlarının təlimatlarına uyğun davranır. Yəni heç bir öhdəlik götürməyə razı deyil.

Tural Gəncəliyev daha sonra əlavə edib ki, gələcəkdə təhlükəsizlik məsələləri üzrə Ermənistan əgər bu bəndə imza atmasa, demək ki, münaqişənin yenidən alovlanması, regionun yenidən müharibəyə süqrüklənməsi istiqamətində heç bir öhdəlik götürmür: “Silahlanır,  regionda təhlükəsizlik hərbi balansı pozur və beləliklə də öhdəlik götürməkdən və həmin bəndi imzalamaqdan imtina edir”.

Rəsmi İrəvanın ikili oyunları göz önündədir. Heç şübhəsiz ki, bəzi Qərb dairlərinin Cənubi Qafqazdakı əsas fiquru Ermənistandır. Məhz Ermənistanın əli ilə regionda çirkin planlar qurulur, o istiqamətdə də addımlar atılır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər