04.08.2025, 18:09
AZ EN
09.07.2025, 17:54 235

Göygöldən Kəlbəcərə yarım saata gedəcəyik

YAZILAR
  • Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi ilə bağlı işlər sürətlə davam etdirilir. Aparılan tikinti işləri istiqamətində dünən Kəlbəcər rayonunda yerləşən Murovdağ tunelinin sol tərəf yarım hissəsi də tunelə birləşdirilib.

Deputat Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, tikinti işlərinin artıq yekunlaşmaq üzrə olduğu bu tunelin istismara verilməsi, bölgədə mühüm iqtisadi və sosial dəyişikliklərə yol açacaq:

“Qarabağ və Şərqi Zəngəzur böyük turizm potensialına malik bölgələrdir. Xüsusilə Kəlbəcər Cənubi Qafqazda turizm baxımından ən perspektivli ərazilərdən biri hesab olunur.

Kəlbəcər və digər işğaldan azad olunmuş rayonlara maraq göstərən yerli və xarici iş adamlarının sayı da artmaqda davam edir.

“Murovdağ tuneli Azərbaycanın çox möhtəşəm infrastruktur layihələrindən biridir”, - bu sözləri isə nəqliyyat eksperti Ərşad Hüseynov mətbuata açıqlamasında söyləyib. O bildirib ki, hazırda ölkəmizdə inşa olunan ən uzun yol tuneli olan Murovdağ tuneli təxminən 12 km uzunluğa malikdir və strateji, həm də logistik baxımdan böyük əhəmiyyət daşıyır:

"Mən şəxsən bu tunelin tikintisi ilə tanış olmuşam, hətta dağın altına daxil olaraq işlərin gedişiatını yerində müşahidə etmişəm.

 Artıq Kəlbəcər rayonuna Tərtər-Ağdərə-Kəlbəcər marşrutundan əlavə, həm də Murovdağ tuneli vasitəsilə ölkəmizin Şimal-Qərb zonasından da çox rahat və qısa müddətdə getmək mümkün olacaq.

Murovdağ tunelinin istifadəyə verilməsi ilə Gəncə istiqamətindən Kəlbəcərə, oradan isə Laçın və Cənub rayonlarına daha rahat, birbaşa keçid mümkün olacaq".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər