29.06.2025, 00:15
AZ EN
05.06.2025, 08:28 345

Fransa müstəmləkəçiliyinə qarşı mübarizə

YAZILAR
  • Fransanın uzun illərdir davam etdirdiyi müstəmləkə siyasətinin qurbanına çevrilmiş inzibati ərazi qurumu olan Yeni Kalidoniyanın Sakit okeanın cənub-qərb hissəsində yerləşməsi və kritik faydalı qazıntı yataqları ilə zəngin olması rəsmi Parisin amansız siyasətinin başlıca səbəblərindəndir. 2024-cü ildə Fransa parlamentinin seçki hüququna dair yeni qərarı vəziyyəti Yeni Kalidoniyanın əleyhinə daha da qəlizəşdirdi.

Xatırladaq ki, Yeni Kalidoniyanın konstitusiyasına  dəyişiklik edən Fransa bölgəyə ən az 10 il əvvəl köçən əcnəbilərə seçkilərdə səsvermək hüququnun veriləcəyini açıqladı. İxtişaşlardan sonra qeyri-şəffaf şəkildə 7 şəxs, habelə 69  kanak məhbusu Fransaya deportasiya edildi. Xalqın narazılığı fonunda ötən gün Paris məhkəməsi Fransada qanunsuz olaraq saxlanılan şəxslərin azadlığa  buraxılmasına dair qərar qəbul edib. Bununla da Fransada saxlanılan kanak və Sosialist milli azadlıq cəbhəsinin sədri  və 3 şəxs azadlığa buraxılıb.

“Artıq saxlanılan şəxslərin azadlığa buraxılması da onu deməyə əsas verir ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər uğurludur. Öz nəticələrini verməkdədir və yerli xalqların da müqaviməti, həmrəyliyi, birliyi burada xüsusi diqqətə alınmalıdır”.

Bu sözləri politoloq İlyas Hüseynov açıqlamasında deyib.

Politoloq əlavə edib ki, Fransa dövləti də bu müqavimətlə razılaşmalı olur: “Hesab edirəm ki, qarşıdakı dövrdə kanak xalqının və digər müstəmləkəçilik zülmindən, iztirabından əziyyət çəkən xalqların hüquqları tanınacaq”.

Qeyd edək ki, Yeni Kalidoniya xalqının hüquq və azadlıqlarının bərpası istiqamətində Azərbaycan davamlı olaraq səy göstərməkdədir. Məhz bunun nəticəsidir ki, Bakı Təşəbbüs Qrupu sözügedən əhalinin hüquqlarının müdafiəsi məqsədilə həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda beynəlxalq ictimaiyyətə çağırış edir və ailələrə yaxından dəstək göstərir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər