Avropa İttifaqının Xarici İşlər və Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borelin səsləndirdiyi bu fikir əslində çox mətləblərə aydınlıq gətirir.
Siyasi şərhçi İlyas Hüseynov “Xəzər-Xəbər”-ə açıqlamasında bildirib ki, dünyada gedən qlobal transformasiyalar fonunda Avropa İttifaqı bir tərəfdən siyasi böhran yaşayır, digər tərəfdən isə qurumu funksionerlərinin vahid fikirdə olmaması bəzən ziddiyyətli açıqlamalar verməsi böhranı daha da dərinləşdirir: “Ümumilikdə Breqsit hadisəsindən sonra daha çox Avropa üzərində Fransa və Almaniyanın dominant mövqeyi digər dövlətləri də razı salmır. Merkerdən sonra Almaniya tərəfi də daha çox Fransanın xarici siyasətdə yedəyində gedir deyə bilərik. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, Avropanın siyasi sahədə, xarici siyasət sahəsində insan haqları, demokratiya və vətəndaş azadlıqları istiqamətində də bir sıra məsələlər sual doğurmaqdadır”.
Politoloqun sözlərinə görə, Avropa İttifaqının Cənubi Qafqaza dair münasibətdə də fikir ayrıseçkiliyi mövcuddur. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borelin fikirləri ilə Şura rəhbəri Şarş Mişel arasında bir sıra məsələlərdə uyğunsuzluq hökm sürür. Politoloq bildirib ki, Şarl Mişel Azərbaycanın maraqlarına uyğun gələn regional sabitlik və nizamlanma istiqamətində mesajlar verir, Borelin isə əks mövqeyi gözə çarpır: “Eyni zamanda Avropa Komissiyasının rəhbəri Ursulov Fondolenin Bakıya səfəri çərçivəsində biz enerji tədarükünün iki dəfə artırılmasına dair tarixi bir sənədin imzalanmasına şahid olduq. Ardınca isə Avropa İttifaqı rəsmləri tərfindən beynəlxalq hüququ tapdalayan münasibət özünü göstərir. Ümumilikdə bu gün Avropa İttifaqı həm də vahid geosiyasi aktor kimi, sosial iqtisadi formasiya kimi tənəzzülə uğrayır”,-deyə İlyas Hüseynov vurğulayıb.
Siyasi şərhçi onu da əlavə edib ki, BMT Şurasında da keçirilən müzakirələr zamanı Avropa İttifaqının Azərbaycana qarşı münasibətdə qeyri-adekvat və qeyri-demokratik davrandığı aydın göründü. İttifaqın ədalətsiz mövqeyi onun zərərli siyasi məqsədlərini bir daha təsdiq etdi.
Hazırladı: Tahirə AĞAMİRZƏ