Erməni mənbələrinin məlumatına görə Arayik Arutunyan özü istefa verməzdən öncə qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanı vəzifədən azad edib.
Separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib.
Xankəndidə vəziyyət daha da gərginləşib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məsələni şərh edərkən bildirib ki, Araik Arutunyanın "istefası" Qarabağdakı xaosun qarşısını ala bilməyəcək: "Onun “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək. Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməliyik!",- deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ