“Fransanın 5-ci respublikasının7-ci prezidenti Emmanel Makron 2017-ci ildən bəri Ermənistana çoxsaylı jestlər edib. Ermənistanın arxasında durduğunu ifadə edib. Hətta, “ən sonuncu lider olsam da, Ermənistanı müdafiə edəcəm” kimi tezislər çox açıq şəkildə Cənubi Qafqazda gedən proseslərə soxulmaq niyyətini daşıyır”. Bunu politoloq İlyas Hüseynov “Real”TV-yə açıqlamasında ifadə edib. O, qeyd edib ki, lakin belə görünür ki, Makronunu bu “yaxşılıqları” ermənilər tərəfindən səhv anlaşılır və ya Makrona qarşı da erməni ictimaiyyəti dayana bilər: “Görürük ki, Makronun “Uber”lə gizli sövdələşmələrinə dair materiallar üzə çıxdıqdan sonra məhz ermənilərin çoxluq təşkil etdiyi media orqanlarında xüsusilə “Lemond”dərgisində bu məlumatlar geniş şəkildə tirajlanır və məqalələr dərc olunur. Belə görünür ki, ermənilər üçün müqəddəs heç nə yoxdur və nankorluq onların genindədir”.
Maraqlısı budur ki, Makronu ifşa edən “Lemond” bütün dünyada sosialistlərə yaxınlığı ilə tanınır. Fransada sosialist düşərgəsinin əsas simalarından biri isə 2022-ci ildə prezident seçkilərində namizəd olan və erməni icmasına yaxınlığı ilə seçilən Paris şəhərinin meri An ida Qodu. Ola bilər ki, erməni icması artıq özünə başqa yeni yağlı qapı tapıb.
Politoloqun sözlərinə görə, Makronun hakimiyyəti dövründə qondarma “erməni soyqırımı” fransa təqviminə matəm günü kimi təqdim olundu: “Parisdə erməni bulvarı açıldı və erməniəsilli şəxslərə, əlbəttə ki, çox böyük rəğbət bəslənildi. Bu erməni lobbisi ilə bağlı həyata keçirilən fəaliyyətin bir tərkib hissəsi olsa da, Makronun ermənilərə xüsusi sevgisinin olduğunu biz dəfələrlə müşahidə etmişik. Siyasi sifarişlər, qanunverici orqana təlimatlar və Cənubi Qafqazda gedən proseslərə müdaxilələr məhz bu qəbildəndir. Lakin belə görünür ki, ermənilər Makronun da üzərindən keçərəkçox cüzi maraqlarını rahatlıqla təmin etmək üçün fəaliyyət göstərirlər”.
Qeyd edək ki, Makronun əhali arasında reytinqi xeyli aşağıdır, təxminən 30 faizdir. Lakin görünür, bu rəqəm hələ bir az da aşağı enəcək.
Tahirə AĞAMİRZƏ