May ayını da siyasi hoqqalarla, əsassız iddialarla başa vuran ermənilər iyun ayına da məhz eyni ssenari ilə başlayıblar. "Hraparak"ın bu gün də Azərbaycanla bağlı paylaşdığı xəbərlərin feyk olduğu isə elə ilk baxışda aydın olur. Rus sülhməramlıların müvəqqəti nəzarət zonasında olan separatçıların mövqelərimizi, demək olar ki, hər gün atəşə tutub təxribat yaratması ermənilərin fitnəkarlığa son qoymaq istəmədiyi qənaətini daim təsdiqləyir.
Ermənistan müdafiə nazirliyinin bu gün də törədilən təxribatı Azərbaycan Ordusunun adına yazmağa cəhd etməsi, əlbəttə, növbəti uğursuzluğunun bariz nümunəsidir. Haqq isə, atalar demiş, nazilsə də heç vaxt üzülmür.
Nəsib