27.06.2025, 07:43
AZ EN
16.04.2023, 13:55 351

“Bayraktar Kızılelma”-nın növbəti uçuşu olub, gələn il kütləvi istehsalı planlaşdırılır

XƏBƏRLƏR
  • Gələn il Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”-nın kütləvi istehsalına başlanılması planlaşdırılır

“Baykar” şirkətinin ərsəyə gətirdiyi “Bayraktar Kızılelma”-nın dördüncü sınaq uçuşu ilə sistem tanıma testi uğurla başa çatıb.

İndiyə qədər iki prototipi hazırlanan “Bayraktar Kızılelma”-nın təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilir. Qeyd edilib ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin 2024-cü ildə kütləvi istehsalına başlanılması planlaşdırılır.

“Bayraktar Kızılelma”-nın dünyanın ilk silahlı pilotsuz hava aparatları gəmisi olan “TCG Anadolu”-dan 2025-ci ildə uçuş testlərinə başlayacağı gözlənilir.

Qeyd edək ki, “Bayraktar Kızılelma”-nın ilk uçuşu 14 dekabr 2022-ci ildə olub. (APA)

Oxşar xəbərlər