Hakim Ədalət və İnkişaf Partiyası (AKP) da qarşıdakı seçkilərlə bağlı öz yol xəritəsini və buna uyğun strategiyasını müəyyənləşdirməkdədir.
Prezident Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyasının qrup toplantısından sonra qrup sədr müavinləri ilə görüşüb.
Türkiyə mətbuatının açıqlamasına görə qrup sədr müavinləri seçkiləri ilə bağlı qiymətləndirmələr aparan R.T.Ərdoğan 2023-cü il seçkilərinin kritik bir seçki olduğunu bildirib. O, vəziyyətin mürəkkəbliyini nəzərə alaraq seçkidə uğur əldə etmək üçün nazirləri iri şəhərlərdən millət vəkili kimi namizədliklərini irəli sürməyi planlaşdırır.
Hətta daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın və digərlərinin Kahramanmaraş, Adıyaman və Hataydan millət vəkilliyinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılır. Yeni strategiyaya uyğun olaraq millət vəkili seçiləcək nazirlər deputat mandatı toxunulmazlığını əldə edəcəklər.
Prezident R.T.Ərdoğanın qrup millət vəkilləri ilə görüşündə hazırkı deputatların bir çoxunun siyahıdan çıxarılacağını da bildirilib.
Tahirə AĞAMİRZƏ