27.06.2025, 05:32
AZ EN
17.12.2022, 08:30 301

Türkiyə ilk dəfə səsdən sürətli raketin sınağını həyata keçirib

XƏBƏRLƏR
  • Türkiyənin ilk hava-yer tipli səsdən sürətli raketi olan TRG-230-PUA Bayraktar AKINCI Taarruzi pilotsuz uçuş aparatından buraxılıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bayraktar AKINCI Türkiyənin ilk hava-yer tipli səsdən sürətli raketi hədəfi 100 km-dən çox dəqiqliklə vurub. Məlumata görə, Çorludakı Baykar Təsislərindən havaya qalxan AKINCI TPUA TRG-230-UAV raketi Sinop sahillərindən 25 min metr yüksəklikdən vurub.

Beləliklə, SPUA-lar TPUA-dan buraxıldıqdan sonra havada avtonom şəkildə atəş açmaq və qısa müddətdə kritik hədəflərə səsdən yüksək sürətlə hərəkət edə bilir.

20 kilometrdən 150 kilometrə qədər mənzilə malik olan TRG-230-UAV raketi dəqiqliklə hədəfə çatır.

Bu buraxılış Türkiyədə havadan quruya atılan ilk səsdən sürətli ballistik raketdir. (APA)

Oxşar xəbərlər