27.06.2025, 11:26
AZ EN
02.04.2022, 17:30 577

Məşhur ispaniyalı aşpaz ukraynalı qaçqınları növbənöv yeməklərlə təmin edir

XƏBƏRLƏR

Məşhur ispaniyalı aşpaz və ictimai xadimi Xose Andresin qeyri-hökumət təşkilatı olan Dünya Mərkəzi Mətbəxi (World Central Cuisine - WCK) Ukraynada hərbi əməliyyatlar başlayandan evlərini tərk etmək məcburiyyətində qalan ukraynalıları yeməklə təmin etmək üçün münaqişə zonasına və qonşu ölkələrə səfər edib.

Xose Andresın ortağı və WCK İdarə Heyətinin üzvü Xavyer Qarsianın sözlərinə görə, bu günədək Ukraynada 3,5 milyondan çox yemək verilib, 2 min ton ərzaq paylanıb.

X.Qarsia deyir ki, gündə 250 min yemək verilir və bu rəqəm artmaqdadır. Bu humanitar fəaliyyətə könüllülər ordusu da cəlb olunub. Yardım üç istiqamətdə həyata keçirilir - Ukraynanın özündə, sərhədlərdə, eləcə də qaçqınları qəbul edən ölkələrdə.

Hazırda Xose Andresın təşkilatı Ukraynada ərzaq yardımı göstərən yeganə ictimai qurumdur.  (AZƏRTAC)

Oxşar xəbərlər