14.12.2025, 09:01
AZ EN
08.12.2025, 07:00 207

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

XƏBƏRLƏR
  • BMT Təhlükəsizlik Şurasının (TŞ) dekabrın 9-da Ukrayna ilə bağlı açıq iclası keçiriləcək.

Bu barədə BMT-yə sədrlik edən Sloveniyanın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti məlumat verib.

Görüşün yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) başlaması planlaşdırılır. Görüşü Sloveniya, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikası öz milli statusunda tələb edib. (AZƏRTAC)

Oxşar xəbərlər