Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüşdə məcburi miqrasiya, müharibə qurbanlarının faciəli taleyi, münaqişə zonalarında dağıdılmış ərazilərdəki vəziyyətlər əsas müzakirə mövzuları olub. Eyni zamanda, insanların həyatı və onların tam yaşamaq hüququ, müharibə zorakılığı və bunun mülki əhaliyə dağıdıcı təsiri kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Söhbət zamanı, həmçinin beynəlxalq humanitar hüququn dramatik vəziyyəti vurğulanıb. (AZƏRTAC)