Ermənistanın Fövqəladə hallar nazirliyi avqustun 2-də əhaliyə müraciət edərək bomba əməliyyatının davam etdirildiyini bildirib. Bu olay İrəvandakı ABŞ səfirliyini də narahat etməyə başlayıb. Belə ki, ABŞ-ın Ermənistandakı səfirliyi avqust ayının 3-də Ermənistanda olan ABŞ vətəndaşlarına müraciət edərək onları «Zvartnoç» beynəlxalq hava limanında, metro stansiyalarda, İrəvan şəhər meriasının və Respublika parlamentini binalarında, həmçinin əhalinin daha sıx olduğu ərazilərdə görünməməyi məshələt görüb. Ermənistanın fövqəladə hallar nazirliyinin xilasedicilər xidməti isə əhaliyə müraciətində bomba axtarışının davam etdirildiyini, amma yoxlanılan yerlərdə heç bir partlayıcı əşya aşkar olunmadığını bildirib.
Nəsib QARAMANLI