05.08.2025, 17:52
AZ EN
02.05.2024, 10:43 335

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Lia Sarkisyan sabiq prezident Serj Sarkisyanın müşaviri Armen Qiçyanla söhbətində baş nazir Nikol Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinin bu gün Moskvada keçiriləcək andiçmə mərasimində iştirak etməməsinin səbəblərini aydınlaşdırmağa cəhd edib.

A.Qiçyan deyib ki, Rusiyada hansısa dövlətin başçısını andiçmə mərasiminə rəsmən dəvət etmirlər. Kim istəsə gəlib iştirak edə bilər. Türkiyə prezidenti R.T.Ərdoğan isə həmin tədbirdə iştirak edəcək. O, xatırladıb ki, Nikol Paşinyan Ərdoğanın andiçmə mərasimində rəsmi dəvət əsasında iştirak etmişdi. Putinin andiçmə tədbirində isə iştirak etməməsini Ermənistan və Rusiya arasındakı soyuqluqla əlaqələndirən sabiq müşavir Paşinyanın mayın 8-də Moskvada Avrasiya dövlətlərinin zirvə toplantısında da iştirak etməyəcəyini kökündə həmin soyuqluğun durduğunu deyib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər