27.06.2025, 07:28
AZ EN
13.04.2024, 16:28 317

Ərdoğan: Beynəlxalq müstəvidə əməkdaşlıq və koordinasiyaya ehtiyac var

XƏBƏRLƏR
  • Türkiyə ümumbəşəri dəyərlərə sadiq qalaraq dünya sülhünə xidmət etməyə davam edəcək.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə Fələstin-İsrail münaqişəsi ilə bağlı ünvanladığı məktubda bildirib.

Yaxın Şərqdə və Ukraynada cərəyan edən hadisələrin beynəlxalq əməkdaşlıq və koordinasiyanın zərurətini bir daha ortaya qoyduğuna diqqət çəkən Türkiyə lideri, münaqişə bölgələrinə humanitar yardımların çatdırılmaması səbəbindən bu gün insanların aclıqdan öldüyünü bildirib.

“Qəzza zolağına müqəddəs Ramazan ayında da zərbələr endirilib. Ukrayna müharibəsi isə üçüncü ilinə qədəm qoyub. Bu bölgələrdəki gərginlik bütün dünyaya öz mənfi təsirini göstərir. Bu kimi çağırışlar beynəlxalq əməkdaşlıq və koordinasıyanın zərurətini bir daha ortaya qoyur”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti məktubunda xüsusi ilə son dönəmdə dünyanın müxtəlif bölgələrində qeydə alınan islamofobiya, rasizm və ksenofobiya təhlükəsindən də bəhs edib.

O, müsəlmanlara qarşı düşmənçıliyin, irqçiliyin və ksenofobiyanın cəmiyyətlərarası sülhü və sabitliyi təhdid etdiyini ifadə edib.

“Dünyamızın hər zamankındən daha geniş prizmalı və rasional siyasətə, hər şəraitdə bütün tərəflərlə dialoq qura bilən aktorlara

ehtiyacı var”, - deyə Ərdoğan vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər