27.06.2025, 07:00
AZ EN
08.07.2022, 09:45 694

Ərdoğan Paşinyanı qəbul edəcəkmi?

XƏBƏRLƏR

«Hraparak» qəzetinin 8 iyul tarixli sayında dərc olunmuş analitik yazıda göstərilir ki, Paşinyanın iyulun 6-da V.Putinə zəng etməsi barədə Ermənistan mətbuatında ətraflı məlumat verilməsə də Kreml söhbət zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə ümidverici fikirlər səsləndirmişdi. Ermənistanın türkoloq siyasətçiləri bu fikirdədirlər ki, Paşinyan Putinə zəng edərək Ərdoğanın onu qəbul etməsini xahiş edib və bu hakimiyyətdə dar çərçivədə gedən söhbətlərin baş mövzusudur. Həm Rusiya, həm də Ermənistan analitikləri Ərdoğanla Paşinyanın görüşünün mümkün olağacını, daha doğrusu Putinin xahişi ilə Ərdoğanın Paşiyanı qəbul edəcəyi bildirilir. Qəzet əlavə edir ki, rəsmi İrəvan bu barədə açıqlama verməsə də Paşinyanın son çıxışında gələcək görüşün konturları sezilir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər