27.06.2025, 18:04
AZ EN
20.06.2022, 15:08 502

Erməni hərbçi öldürüldü

XƏBƏRLƏR

Ermənistanda növbəti qətl hadisəsi baş verib. «Hraparak TV»-də yayımlanan videoçarxda göstərilir ki, Dərəçiçək vilayətinin Abaran şəhərində «Vətəndaş müqaviləsi» blokunun üzvü Matevos Asatıryan və vilayət başçısının müavini Edqar Parvanyanın qohumları arasında baş verən davada iki nəfər öldürülüb. Davaya səbəb baş nazir Niko Paşinyanın söyülməsi olub. Öldürülənlərdən biri 1995-ci ildə anadan olmuş Hmayak Mikayılyandır. O Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçusu olub. Yaralananlardan biri isə Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşıdır. Bəzi ekspertlər bu olayı siyasi qətl adlandırırlar. Amma «Vətən» partiyasının siyasi şurasının üzvü Arsen Babayan öz feysbuk səhifəsində yazıb ki, bir neçə gün öncə parlamentin sədri Alen Simonyan deputat Edmon Marukyanı mənəviyyatsız oğlu adlandırmışdı. Əgər deputat E.Marukyan Alen Simonyanı öldürsəydi, bu siyasi qətl olardı. Qohumların kimə görəsə bir-biri ilə dava etməsi siyasi qətl deyil, məişət xarakterlidir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər