19.08.2025, 22:10
AZ EN
07.06.2022, 15:48 412

Venesiya Komissiyasının sədri İrəvana gələcək

XƏBƏRLƏR

Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyanın dəvəti ilə Venesiya Komitəsinin sədri Kler Bazi Malurinin başçılığı altında nümayəndə heyəti iyunun 8-10-da İrəvanda səfərdə olacaqdır. Bu barədə Ermənistanın Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti əlavə edib ki, bu xanım Kler Bazi Malurinin təkcə xaricə ilk səfəri deyil, həm də Avropa Şurasının Venesiya Komissiyasının 2018-ci ildən sonra İrəvana ilk rəsmi səfəridir. Xatırladılır ki, bu komissiya Berlin divarları söküldükdən bir az sonra 1990-cı ildə yaradılmışdır. Komissiyanın tərkibində 61 dövlət təmsil olunur. Həmin dövlətlərin 46-sı Avropa Şurasının üzvləridir. Komissiyanın fəaliyyət coğrafiyası genişdir. Buraya Cənubi Koreyadan tutmuş Orta Asiyaya, Avropadan tutmuş Afrika və Braziliya kimi bütün dövlətlər daxildir. Postsovet ölkələri də sözügedən şuranın üzvləridir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər