06.08.2025, 08:01
AZ EN
04.06.2022, 18:15 425

Ermənistanda hakim partiyanın deputatı İrəvandakı iğtişaşlara hüquqi qiymət verilməsini tələb edib

XƏBƏRLƏR
  • Artıq bir müddətdir ki, biz özünü siyasi qüvvə kimi təqdim edən, polis əməkdaşlarına xəsarət yetirən, hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atan, onlara müqavimət göstərən xuliqan dəstəsi ilə üz-üzəyik.

Bu fikirləri Ermənistan parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan iyunun 3-də İrəvanda baş verən insidentlə bağlı özünün feysbuk hesabında yazıb.

Deputat müvafiq qurumların baş vermiş hadisəyə hüquqi qiymət verməli olduğunu qeyd edib.

Xatırladaq ki, iyunun 3-də saat 23 radələrində İrəvanda müxalifət nümayəndələrinin hökumət binası qarşısında keçirdiyi aksiyada polislə etirazçılar arasında toqquşma baş verib. Nəticədə 60 nəfər tibb müəssisələrinə müraciət edib ki, onların da 39-u polis əməkdaşıdır.

Oxşar xəbərlər