26.06.2025, 21:54
AZ EN
08.07.2023, 17:20 287

NATO ölkələri Vilnüs sammitinə hazırlaşır

XƏBƏRLƏR
  • NATO-nun növbəti sammiti üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə iyulun 11-12-də Rusiya sərhədindən təqribən 300 kilometr məsafədə yerləşən Vilnüsdə keçiriləcək.

Zirvə toplantısında alyansa üzvlük üçün müraciət etmiş İsveçlə yanaşı, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya da liderlər səviyyəsində təmsil olunacaq. Sammitə Ukrayna Prezidenti Volodimir Zelenski də dəvət edilib.

Qərb ölkələrinin rəsmiləri NATO-nun illik sammitinin keçmiş sovet respublikasında keçirilməsinin Rusiyaya bir mesaj olduğunu bildirirlər. Hələ 1990-cı ildə SSRİ-nin tərkibindən çıxaraq dövlət müstəqilliyini elan etmiş Litva 2004-cü ildə alyansa üzv qəbul olunub.

Litva sammitində əsas müzakirə mövzuları Ukrayna və Rusiya ilə bağlı olacaq. Kiyevlə siyasi münasibətləri növbəti mərhələyə çıxarmaq məqsədlə NATO-Ukrayna Şurası yaradılacaq. Şura ilk iclasını Vilnüsdə keçirəcək. (AZƏRTAC)

Oxşar xəbərlər