Rusiya silahlı qüvvələri son sutkada ərzində 1010 hərbçini itirib. Bu barədə Ukrayna silahlı qüvvələrinin baş qərargahı məlumat yayıb. Ümumilikdə Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordunun 213770 hərbçisi məhv edilib. Məlumatda deyilir ki, Rusiyanın digər döyüş itkiləri 3901 tank, 7600 zirehli maşın, 3189 operativ taktiki pilotsuz uçuş aparatı, 3702 artilleriya sistemi, 359 hava hücumundan müdafiə sistemi, 584 reaktiv yayılım atəşi sistemi, 313 təyyarə, 298 helikopter, 6410 avtomobil və tanker, 18 gəmi, 1136 qanadlı raket və 502 xüsusi texnikadan ibarətdir.
Hazırladı: Tahirə AĞAMİRZƏ