27.06.2025, 12:23
AZ EN
22.04.2023, 07:30 310

ABŞ qaçqınların yerləşdirilməsi proqramı çərçivəsində 125 min ukraynalı qəbul edib

XƏBƏRLƏR
  • ABŞ hakimiyyət orqanları 2022-ci ilin aprelində başlayan qaçqınların məskunlaşdırılması proqramı çərçivəsində 125 minə yaxın Ukrayna vətəndaşını qəbul edib.

Bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Alejandro Mallorkas bildirib.

O qeyd edib ki, bir il əvvəl ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti qaçqınların adi qəbulu ilə yanaşı, “Ukrayna naminə birləşmə” proqramını da işə salıb. Bu proqram çərçivəsində ukraynalılara ölkədə maliyyə dəstəyi verilə, eləcə də onlar müəyyən şərtlərə uyğun olduqda iki ilədək ABŞ-da qala bilərlər. Sponsor qismində xüsusilə ABŞ vətəndaşları, şirkətlərin nümayəndələri və ya qeyri-hökumət təşkilatları çıxış edə bilər.

“Bu humanitar proqram çərçivəsində biz 125 mindən çox Ukrayna vətəndaşını və onların ən yaxın qohumlarını qəbul etdik", - Mayorkas bildirib. O qeyd edib ki, agentlik vasitəsilə 300 mindən çox insan humanitar yardım alıb. (AZƏRTAC)

Oxşar xəbərlər