08.02.2026, 22:35
AZ EN
30.01.2026, 13:02 223

Rafael Hüseynov: "İşğal dövründə dağıdılmış irsi bərpa etməklə yanaşı, onu dünyaya da tanıtmalıyıq"

XƏBƏRLƏR
  • Qarabağ və Şərqi Zəngəzurun otuzillik işğalı dövründə Azərbaycanın minlərlə tarixi-mədəni abidəsi əlçatmaz olub.

Bunu Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov "Azərbaycan mədəniyyəti – 2040" Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında deyib.

Onun sözlərinə görə, bugünkü suveren Azərbaycan reallığında həm də mədəni irsə bütöv bir baxış keçirmək mümkündür:

"Bu mənada, bu gün Azərbaycan özünün mədəni irsinə də bütöv yanaşır, bütöv tədqiq edir. İşğal dövründə həmin mədəni irs, aydın məsələdir ki, dağıdılıb, zədələnib. Biz indi o irsi bərpa etməklə yanaşı, həm də dünyaya tanıtma yolundayıq".

Rafael Hüseynov qeyd edib ki, Azərbaycanda ilk dəfədir ki, kompleks şəkildə bu cür mədəni konsepsiya tətbiq olunur:

"Bu, Azərbaycan mədəni tarixi üçün böyük bir hadisədir. Bizim indi əsas vəzifəmiz gələcək çağırışlara cavab verməkdir". (Report)

Oxşar xəbərlər