08.02.2026, 17:35
AZ EN
12.01.2026, 10:53 266

Türk xalqlarının dirçəliş yolu: qazax alimin irsi

XƏBƏRLƏR
  • Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Türk Xalqları Assambleyasının prezidenti, akademik Yermentay Sultanmuratın türk xalqlarının dirçəliş yoluna həsr olunmuş fundamental elmi-ideoloji irsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə akademikin müəllifi olduğu “İctimai inkişafın Türk yolu” kitabı, “Tarixi şəxsiyyətlər” dərgisinin xüsusi buraxılışı, eləcə də “Öztürk tili” məcmuəsi ictimaiyyətə təqdim olunub. Qeyd edək ki, həmin nəşrlər türk dünyasının tarixi, mənəvi-mədəni irsi, gələcək inkişaf modeli və inteqrasiya perspektivlərini əhatə edən mühüm konseptual baxışları özündə birləşdirir.

Təqdimat mərasimində tanınmış ictimai xadimlər, yazıçılar, alimlər, akademiklər, türkologiya üzrə mütəxəssislər çıxış edərək akademik Yerməntay Sultanmuratın elmi-fəlsəfi baxışlarını, türk dünyasının birliyi və Turan sivilizasiyasının dirçəldilməsi istiqamətindəki xidmətlərini yüksək qiymətləndiriblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar,  Xalq şairi Sabir Rüstəmxanlı, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi və digər natiqlər çıxış edərək akademikin ideyalarının müasir dövrdə xüsusi aktuallıq daşıdığını bildiriblər.

Tədbirə dəvət olunmuş qonaqlar arasında şair, publisist Güləmail Murad türk dünyasının tanınmış yazıçı və şairlərinin üzvü olduğu “Turan” Qadın Təşkilatının rəhbəri kimi çıxış edib. Qeyd olunub ki, Güləmail xanım tədbir çərçivəsində bir neçə dəfə akademik Yerməntay Sultanmuratla və bir qrup ziyalı ilə görüşərək, türk xalqlarının birliyi, mədəni-mənəvi inteqrasiya və Turan ideyasının gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Çıxışlar zamanı akademik Yermentay Sultanmuratın əsərlərinin beynəlxalq elmi və intellektual mühitdə böyük maraq doğurduğu xüsusi qeyd edilib. Vurğulanıb ki, akademikin əsərləri Böyük Britaniyanın paytaxtı Londonda keçirilən təqdimatlar zamanı oxucular tərəfindən  maraqla qarşılanıb.

Təqdimatda akademik Yermentay Sultanmurat tərəfindən hazırlanmış və Birləşmiş Millətlər Təşkilatına təqdim edilərək beynəlxalq səviyyədə tanınmış “Transformation of the World” (Dünyanın transformasiyası) adlı konseptual proqram da xüsusi qeyd olunub.

Tədbir iştirakçıları akademikin türk xalqlarının birliyi, Turan sivilizasiyasının dirçəldilməsi və qlobal harmoniya ideyasına xidmət edən baxışlarının gələcək nəsillər üçün strateji yol xəritəsi olduğunu vurğulayıblar.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər