27.06.2025, 21:13
AZ EN
29.10.2022, 13:00 717

"Şuşa" qəzetinin 90 illiyi qeyd edilib

XƏBƏRLƏR
  • Bakı şəhərindəki Şuşa şəhər 1 nömrəli orta məktəbin konfrans salonunda "Şuşa" qəzetinin 90 illik yubileyi keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Şuşa Rayonr İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva qəzetin tarixi və faəliyyəti, ölkəmizin mədəniyyət paytaxtının həyatındakı rolu barədə ətraflı məlumat verib. Qəzetin redaktoru, tanınmış tədqiqatçı-jurnalist Vasif Quliyev mətbu nəşrin yubileyinin keçirilməsini ölkəmizdə medianın inkişafına dövlət qayğısnın təzahürü kimi qiymətləndirib, tədbirin təşkilatçılarına - Azərbaycan Mətbuat Şurasına və Şuşa Rayon İcra hakimiyyətnə, həmçinin tədbir iştirakçılarına təşəkkür edib, redaksiyanın qarşıya qoyulan vəzifələri bundan sonra da lqyiqincə yerinə yetirəcəyini bildirib.  

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Rövşən Rzayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, digər rəsmi şəxslər, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.

Oxşar xəbərlər