14.12.2025, 09:00
AZ EN
08.12.2025, 08:00 207

Bu gün Beynəlxalq Rəssamlar Günüdür

XƏBƏRLƏR
  • Bu gün Beynəlxalq Rəssamlar Günüdür. Əlamətdar gün 2007-ci ildə "Dünya Xalqları Sənəti" Beynəlxalq Assosiasiyası tərəfindən təsis edilib. Bəzi yaradıcılıq dərnəkləri, sənət ustaları isə bu xüsusi günün 25 oktyabrda - məhz 20-ci əsrin ən böyük sənətkarı hesab edilən Pablo Pikassonun doğum günü tarixində qeyd edilməsini təklif edirdilər. 

Qeyd edək ki, Rəssamlar Günü təkcə peşəkarlar və sənət həvəskarları üçün xüsusi gün deyil. Yaradıcılıq insana dünyadan zövq almağı və onun dünyasına rəng qatdığı üçün bu gün həm də həyatı sevməyi bacaran bütün insanların bayramıdır.

Rəssamlıq peşəsi min illər boyu meydana gəlib: ibtidai icma dövründən qədim insanlar daş, qaya üzərində ilk rəsm əsərlərini yaratmağa başladılar. Hələ qədim Misirdə rəssamlara böyük hörmətlə yanaşırdılar. O vaxt yaradılan təsvirlərin hətta sehrli bir təsirə malik olduğuna inanırdılar. Orta əsrlərdə rəssamlığın əsas istiqamətləri ikon rəssamlığı, freska (suvağı qurumamış divarda sulu boyalarla işlənir) və mozaika yarandı. İntibah dövründə isə bu gün də aktuallığını itirməyən Portret janrı inkişaf etməyə başladı.

Beynəlxalq Rəssamlar günü tarixdə iz qoyan rəssamları xatırlatmaq üçün başqa bir səbəbdir: onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu anlayırıq. 

Bu gün ölkəmizdə də əlamətdar günlə bağlı mədəniyyət müəssisələrində, məktəblərdə, muzeylərdə, qalereyalarda bir çox müxtəlif tədbirlər və tematik sərgilər keçirilir.

Hazırladı: Mina RƏŞİD 

Oxşar xəbərlər