Reza Deqati açıqlamasında bildirib ki, o, 60 ilə yaxındır foto sənəti ilə məşğuldur və eləcə də BMT və UNESCO kimi beynəlxalq qurumlarla əməkdaşlıq edib.
Fotoqraf qeyd edib ki, onun fəaliyyəti təkcə fotoçəklişlərlə məhdudlaşmır. O, müharibə bölgələrində və sosial baxımdan çətin şəraitdə yaşayan gənclər və qadınlar üçün jurnalistika təlimləri və humanitar layihələr həyata keçirir. Bu proqramlar vasitəsilə gənclər öz hekayələrini öz dilləri ilə ifadə etməyi öyrənirlər.
Reza Deqati vurğulayıb: "İndi Azərbaycan informasiya müharibəsinin mərkəzindədir. Mən istəyirəm ki, bizim gənclər foto vasitəsilə Azərbaycanın həqiqətlərini dünyaya çatdırsınlar. İllərin təcrübəsi göstərir ki, bir foto bəzən yüzlərlə sözün ifadə edə bilmədiyini göstərir”. (AZƏRTAC)